May 20, 2022 12:00 Asia/Baku
  •  Aksiyaçılar:

Azərbaycan Respublikası Tərtər rayonunun Ağdərə şəhərində İrəvandakı revanşist və irqçi "müqavimət hərəkatı"na dəstək yürüşü təşkil edilib.Bu haqda məlumat və video-görüntülər erməni teleqram-kanallarında yayılıb.

 Rusiyalı sülhməramlıların nəzarətində olan Azərbaycan Respublikasının bu şəhərində "Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq!" kimi şüarlarla keçirilən etiraz aksiyasında öndə yeniyetmələr, hətta bağça yaşlı uşaqlar hərəkət ediblər.

Etirazçıların əllərində və yaxalarında Xankəndindəki separatçı rejimin fotoları olub.

Aksiya "inzibati" binalardan birindəki iclas zalında anti-Azərbaycan çıxışlarıyla yekunlaşıb.

 Tərtər rayonunun bir şəhəri və 13 kəndi, Ağdam rayonunun 8 böyük kəndi və Kəlbəcər rayonunun 23 kəndi 1992-1993-cü illərdən bəri işğal altında qalıb. 2020-ci ilin 44 günlük savaşının nəticələrinə görə imzalanmış 10 noyabr üçtərəfli razılaşmasına əsasən sözügedən rayonlar keçmiş Azərbaycan SSR-in inzibati bölgüsünə uyğun olaraq Azərbaycana qaytarılıb. Tərtər rayonunun savaş zamanı azad edilmiş 3 kəndi istisna olmaqla keçmiş Ağdərə rayonunun digər əraziləri, o cümlədən Ağdərə şəhəri ermənilərin nəzarətində qalıb.

Teqlər