İyun 09, 2022 16:28 Asia/Baku
  •  Hindistanın səfiri XİN-ə çağırılıb

Hindistanın Azərbaycan Respublikasındakı səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb bu ölkədə Əziz islam peyğəmbərinin(s.ə) təhqir edilməsinə etirazdan ibarət olub.

Azərbaycan XİN-in rəsmi veb səhifəsi bildirib ki,Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və əziz islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə) ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.

Teqlər