Rusiyanın Azərbaycanla razılaşıb
Görəsən, Paşinyanın manevrinin son pəncərəsi bağlandımı?
Rusiya xarici işlər nazirinin Bakıda söylədiyi fikirlər göstərir ki, ikitərəfli münasibətlərdəki narazılıqlar aradan qalxıb və Rusiya Azərbaycanı Cənubi Qafqazda özünün mühüm tərəfdaşı və müttəfiqi hesab edir.
SəhərAzəri-nin məlumatına əsasən, Kremlin regional siyasəti son vaxtlaradək Azərbaycanda tamamilə ciddi narazılıqlara səbəb olmuşdu.Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ayın əvvəllərində Ermənistana səfəri zamanı səsləndirdiyi bəzi fikirlər Bakı üçün qəbuledilməz idi. Amma hal-hazırda Rusiya özünün Cənubi Qafqaz siyasətində bəzi islahatlar aparmağa başlayıb.
Son vaxtlar Lavrov bir Kreml rəsmisi kimi İrəvanda/ Xankəndidə və onun ətraf rayonlarında yaranmış vəziyyətdən danışarkən Azərbaycanın hiddətinə səbəb oldu. Bununla da öz səhvini anlayan Rusiya Xarici İşlər Nazirliyi Lavrovun bəyanatını düzəltməyə məcbur oldu.
Əlbəttə, bütün bunların fonunda çox maraqlı idi ki, Rusiyanın xarici işlər naziri "delimitasiya təhdidi qalmaqalı" ndan dərhal sonra Bakıya rəsmi səfər etmək qərarına gəldi, zira Rusiya diplomatiya aparatının başçısı dərk etmişdi ki. Bakı bağlı qapılar arxasında bu rüsvayçılıq üçün izahat istəyəcək və bu cəhətdən, heç bir şübhə yoxdur ki, Lavrov bir növ məsələni aydınlaşdırmağa çalışırdı.
Digər tərəfdən, Lavrov Ermənistanın Dağlıq Qarabağ geosiyasi proseslərində yenidən iştirak etdirməyə çalışdığı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun perspektivinə də münasibət bildirib və bu qrupun öz fəaliyyətini dayandırdığını rəsmən bəyan edibdir.
Rusiyanın xarici işlər naziri Ermənistanın yenidən fəallaşdırmağa çalışdığı Minsk Qrupunun fəaliyyətinin dayandırılmasının əsas səbəbinin, ABŞ-ın bu formatda əməkdaşlıqdan imtina etməsi olduğunu bildirib.
Bu yöndən, Ermənistan üçün çox ağır şəraitin yarandığını təsəvvür etmək olar. Zira İrəvanın öz geosiyasi manipulyasiyalarını yaratmağa çalışdığı Minsk Qrupunun fəaliyyətini dayandırması da Amerika ilə Rusiya arasında münaqişə predmetinə çevrilibdir.
Bu istiqamətdə təsəvvür etmək olar ki, İrəvan öz fəaliyyətlərində bəhrələnəcəyinə ümid etdiyi “Minsk Qrupu amilini” itirib və Minsk Qrupu praktiki olaraq daha mövcud deyildir və artıq üçüncü dəfədir ki, Kreml bu faktı rəsmən təsdiq edir.
Başqa sözlə, Paşinyan hakimiyyəti üçün manevr qapıları bağlanmaq üzrədir.