Amerikalı general “erməni soyqırımı” abidəsini ziyarət etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i422485-amerikalı_general_erməni_soyqırımı_abidəsini_ziyarət_etdi
ABŞ briqada generalı Kris Makkinninin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 5-də İrəvanda qondarma erməni soyqırımı memorialını ziyarət etdi.
(last modified 2025-12-08T07:26:15+00:00 )
Dek 08, 2025 11:25 Asia/Baku
  • Amerikalı general “erməni soyqırımı” abidəsini ziyarət etdi

ABŞ briqada generalı Kris Makkinninin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 5-də İrəvanda qondarma erməni soyqırımı memorialını ziyarət etdi.

Bu məlumata əsasən, qonaqları qarşılayan erməni rəsmi Edita Qzoyan onlara ötən əsrin sonlarında guya Azərbaycan hökuməti tərəfindən Sumqayıt, Gəncə və Bakı şəhərlərində təşkil edilən qırğınların qurbanları barədə də məlumatlandırıb.

General Kris Makkini isə dırnaqarası soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün ucaldılmış abidəyə əklil qoyub və qonaqlar “soyqırımı”nın qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Öz növbəsində Ermənistan rəsmisi bildirib ki, ABŞ tərəfindən “erməni soyqırımı”nın tanınması bu insanların xatirəsinə bir ehtiramdır.