Azərbaycan Ordusunun əsgəri həlak olub
İyul 09, 2022 08:48 Asia/Baku
İyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseyn Bayramov ölüb.
SəhərAzəri-nin məlumatına əsasən,Baş Prokurorluqdan bildirilib ki, ölüm halı əsgərə təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində baş verib.
Atəşin necə və kim tərəfindən açıldığı bəlli deyil.
Baş Prokurorluğun məlumatında bildirilir ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq aparıldığı deyilir.
Teqlər