Şabranda 55 hektar sahə yanıb
İyul 11, 2022 06:08 Asia/Baku
Şabranın Ağalıq kəndində biçilmiş taxıl sahəsində başlayan və genişlənərək meşə massivinə keçən yanğın tam söndürülüb.
SəhərAzəri-nin məlumatına əsasən,yanğın zamanı ümumilikdə 40 hektar biçilmiş taxıl sahəsi 15 hektar isə meşə zolağına aid sahə yanıb.
Deyilənlərə görə yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçməsinə səbəb havanın isti və küləkli olması olub.
Teqlər