Rusiya Ermənistanı öhdəliyini yerinə yetirməyə məcbur etmir
https://azeri.sahartv.ir/news/azərbaycan-i391174-rusiya_ermənistanı_öhdəliyini_yerinə_yetirməyə_məcbur_etmir
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında 10 noyabr bəyanatının tərəflərindən birinin Rusiya olduğunu xatırladıb və Rusiyanın Ermənistanı bu bəyanata əasən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmədiyinə görə qınayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 15, 2022 14:04 Asia/Baku
  • Rusiya Ermənistanı öhdəliyini yerinə yetirməyə məcbur etmir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında 10 noyabr bəyanatının tərəflərindən birinin Rusiya olduğunu xatırladıb və Rusiyanın Ermənistanı bu bəyanata əasən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmədiyinə görə qınayıb.

İlham Əliyev Ermənistanın 10 noyabr razılaşmasına əsasən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyünü xatırladıb:

“Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir”,- deyə İlham Əliyev bildirib.

 

Azərbaycan Respublikası prezidenti Ermənistan tərəfindən 10 noyabr bəyanatının pozulduğunu bildirib və oxşar addımın Azərbaycan tərəfindən də atıla biləcəyinə eyham vurub: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”,- İlham Əliyev deyib.