Öz evinin divarına “Ya Hüseyn” yazan qadın polisə çağırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i391793-Öz_evinin_divarına_ya_hüseyn_yazan_qadın_polisə_çağırılıb
Azərbaycan Respublikasının Binə kəndində məhərrəm ayı və İmam Hüseyn(ə) üçün matəm günlərində öz divarə üzərində boya ilə “Ya Hüseyn” yazmış Şəhla Fərəcova polisə çağrılıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 03, 2022 07:53 Asia/Baku
  • Öz evinin divarına “Ya Hüseyn” yazan qadın polisə çağırılıb

Azərbaycan Respublikasının Binə kəndində məhərrəm ayı və İmam Hüseyn(ə) üçün matəm günlərində öz divarə üzərində boya ilə “Ya Hüseyn” yazmış Şəhla Fərəcova polisə çağrılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Şəhla Fərəcovanın polisə çağrılmasının səbəbi onun “Ya Hüseyn” şüarının polis tərəfindən qırmızı rənglə itirilməsindən sonra yenidən həmin şüarı divarı üzərinə yazması olub.

Şəhla Fərəcova “Ya Hüseyn” şüarının polis tərəfindən təkrar silinəcəyi təqdirdə yenə də onu təkrar yazacağını bildirmişdir.

Baş verən əhvalatı sosial şəbəkələrdə yayan bu xanımın başına gələnlərə Xural Tv-nin təsisçisi Əvəz Zeynallı da münasibət bildirib. Jurnalist polisin yezid cəbhəsini simvolize edən qırmızı rənglə “Ya Hüseyn” yazısını silməsinə etirazını bildirərək bunun bilərəkdən xalqı hökumətə qarşı yönəltmək məqsədi güddüyünü deyib.

Şəhla Fərəcovanın öz evinin divarına “Ya Hüseyn” yazması və polisin bu yazını pozmaqda israrlı olması ilə bağlı baş verənlərdən sonra bu xanımla həmrəylik əlaməti olaraq sosial şəbəkələrdə videolar paylaşılır.