Məhərrəm ayında Şuşada çal-çağır
Avqustun 2-də Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirə əlli ölkədən 115 gənc qatılıb.
Avqustun 2-dən 8-dək davam edəcək düşərgə əyləncəli proqramların da nəzərdə tutulduğu deyilir.
Çal-çağırla müşayiət olunan bu tədbirin dəqiq İmam Hüseynin(ə) matəm günlərinə və onun final şənliklərinin düz Aşura gününə təsadüf etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Mərasimin tarix boyu Azərbaycan Respublikası xalqının ən həssas yanaşdığı və böyük hüzünlə qeyd etdiyi İmam Hüseyn(ə) əzası günlərinə təsadüf etməsi Azərbaycan xalqına böyük hörmətsizlik və təhqir kimi qiymətləndirilir.
Eyni zamanda bu tədbirin bayram əhval-ruhiyyəsində bu kimi önəmli günlərdə Şuşada keçirilməsi ikiqat narazılığa səbəb olub. Belə ki, Şuşanın İmam Hüseyn(ə) məktəbinin yetişdirmələri tərəfində azad edildiyini qeyd edən sosial şəbəkə istifadəçiləri indi qəhrəman Şuaşada İmam Hüseynə(ə) hörtmətsizliyin Azərbaycan xalqının dini-mənəvi-mədəni dəyərlərinə, şəhidlərin qanı və yoluna qarşı olmaqla bərabər həm də Azərbaycanın suverinliyi, müstəqilliyi, ərazi bütövlüyünə hörmətsizlik olduğunu deyilər.