Azərbaycan torpaqlarında separatçıların başçısı villa tikdirir
Avq 10, 2022 07:06 Asia/Baku
Göyçə gölü sahilində Arayik Arutyunyan üçün dəbdəbəli malikanə tikilir.
Aravot.am-ın yaydığı məlumata görə, Arayikin malikanəsi Göyçə gölünün sahilində, inşa edilir.
Sayt Arayik Arutyunyanın tikilməkdə olan şəxsi evi ilə bağlı onun mətbuat katibi Lusine Avanesyandan şərh almağa çalışsa da, o, nə zənglərə, nə də yazılı müraciətlərə cavab verib.
Malikanələr Gədəbəy rayonu ilə həmsərhəd Geqarkunik vilayətinin Çəmbərək rayonu Şorça icmasının Draxtik kəndinin inzibati ərazisində Göyçə milli parkına məxsus torpaq sahəsində tikilir. Həmin kənddə 1988-1989-cu illərə qədər müsəlman azərbaycanlıların yaşadığı bildirilir.
Teqlər