“Snayper həddi” müsabiqəsi bu gün də davam edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i392462-snayper_həddi_müsabiqəsi_bu_gün_də_davam_edib
"Beynəlxalq Ordu Oyunları-2022" çərçivəsində İranın Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsinin ikinci mərhələsi üzrə müvafiq çalışmalar yerinə yetirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2022 14:53 Asia/Baku
  • “Snayper həddi” müsabiqəsi bu gün də davam edib

"Beynəlxalq Ordu Oyunları-2022" çərçivəsində İranın Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsinin ikinci mərhələsi üzrə müvafiq çalışmalar yerinə yetirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının rəsmi internet səhifəsində dərc olunan xəbərdə sonra bildirilir ki, çalışmaların şərtinə uyğun olaraq 300-500 metr məsafədə yerləşən hədəflər məhv edilib. Sonra maneələr zolağını dəf edən növbəti snayper heyəti üçün hədəflər müəyyənləşdirilib və 400-600 metr məsafədə yerləşən 4 hədəfə atəş açılıb.

Snayper cütlükləri, həmçinin 150-200, 200-400 və 300-800 metr məsafədə sabit və hərəkət edən beş hədəfi sərrast atəşlə məhv ediblər.

Daha sonra hakim komissiyasının üzvlərinin iştirakı ilə üçüncü mərhələnin püşkatma mərasimi keçirilib.

Məlumatda qeyd olunur ki, üçüncü mərhələnin şərtlərinə görə snayperlər komanda şəklində mübarizə aparacaqlar.