Bakıdan anti-İran pantürk separatçılara dəstək
Sionist məsləhətçinin tapşırığına əməl olunur?
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sionist müşaviri Arye Qutun qondarma “Cənubi Azərbaycan” məsələsinin gündəmə gətirilməsinin zəruriliyi ilə bağlı göstərişindən sonra bəzi mətbu orqanları hərəkətə keçiblər.
SəhərAzəri-nin məlumatına əsasən, yarı rəsmi “APA” xəbər agentliyi bu xüsusda daha artıq çeviklik göstərərək Tehranı Azərbaycanın müstəqlliyini həzm edə bilməməkdə ittiham etməklə yanaşı Azərbaycan Respublikası prezidentinin keçmiş müşaviri Qabil Hüseynli ilə müsahibə aparıb və qonşu ölkənin ünvanına xoşagəlməz sözlər yağdırıb. Politoloq Qabil Hüseynli bu müsahibədə deyib: “Bu gün Güney Azərbaycanın müstəqilliyi regionun yeni reallığına çevrilməlidir”.
Politoloq bu müsahibədə İran hökumətinin keçmiş rəsmisi və siyasi ekspert Əbülfəzl Zöhrəvəndin Azərbaycan Respublikasının üzləşdiyi təhlükələrlə bağlı son mövqeyini cavablandırmaq bəhanəsi ilə iddia edib ki, İran müstəqil Azərbaycan dövlətinin mövcudluğu guya özü üçün ən böyük təhlükə hesab edir!
O, Azərbaycan Respublikasının İranın sanksiya yükü altında olduğu vaxtlarda belə İranın sanksiyalarında iştirak etməməsi və İrana qarşı heç bir məhdudiyyət qoymadığını iddia edərək əlavə edib: “Azərbaycan Respublikası müstəqillik dövründə guya İrandan gələn təhlükə və təhdidlərə səssiz qaldı və reaksiya vermədi. Ancaq indi susmaq mümkün deyil və Azərbaycan da öz səsini İrana bildirməlidir! Azərbaycan Respublikası artıq İrandakı 40 milyonluq soydaşının acı taleyinə göz yummamalı və susmamalıdır! Çünki onlar dünyada 50 milyonluq azərbaycanlı ailəsinin mühüm bir hissəsidir”.
Azərbaycan Respublikası prezidentinin keçmiş müşaviri bu müsahibədə İranın Azərbaycan Respublikasına qarşı bəyan etdiyi və praktiki siyasətinin ziddiyyətli olmasını iddia edərək, qonşu dövlətin Qarabağ müharibəsində Azərbaycan Respublikasına qarşı guya Ermənistana dəstək verməsi ilə bağlı Bakı mediasının davamlı yalanlarını təkrarlayıb.
Qeyd edək ki, son aylarda Şuşa şəhərində keçirilən toplantıya anti-İran separatçı ünsürlərin açıq şəkildə dəvət olunmasından sonra “Youtube” və “Telegram” saytlarının və İran əleyhinə təbliğat aparan kanalların fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıb. Və ekstremist ünsürlərinin ritorikasından aydın olur ki, bu ünsürlərin İrana qarşı hərbi fazaya keçmələrinə və terror hərəkatlarına cəlb olunmalarına cəhd göstərilir.
Bundan əvvəl Azərbaycan prezidentinin mədəniyyət və media məsələləri üzrə israilli müşaviri, İsraildə Bakı Multikulturalizm Mərkəzinin rəhbəri Arye Qut və “Sərhədlər və Qardaşlıq; İran və azərbaycanlı kimliyin çağırışı” kitabının müəllifi Brenda Şaffer” Bakının öz gündəmində daha açıq şəkildə anti-İran separatçılarına dəstək verməsini təklif etmişlər!
Həmçinin sionist rejimin hakimiyyət orqanları Azərbaycan Respublikasını İrana qarşı terror mərkəzinə çevirmək niyyətində olduqlarını dilə gətirirlər.