Azərbaycan Ordusunun mövqeləri son günlər intensiv atəşə tutulur
Sen 06, 2022 06:12 Asia/Baku
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində bildirilir ki, sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası ordusunun Kəlbəcər rayonunda yerləşən mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub.
Məlumatda Azərbaycan tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü deyilir.
Teqlər