Sen 16, 2022 17:40 Asia/Baku
  • 12-14 sentyabr hadisələri cəmiyyətdə birmənalı qarşılanmır

Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr cəmiyyətdə birmənalı qarşılanmır. 44 günlük müharibə zamanı cəmiyyətin böyük əksəriyyəti Azərbaycan hökümətinin diplomatik və hərbi addımlarını dəstəkləyirdisə, hazırda mövqelər daha çox bölünüb.

SəhərAzəri-nin məlumatına əsasən,Turan Xəbər Agentliyi mövzu ilə bağlı tarixçi Altay Göyüşovun fikrini öyrənib. A.Göyüşova görə prezident İlham Əliyev Azərbaycanı dünyaya təcavüzkar dövlət kimi qəbul etdirə bilər. "Bundan isə təkcə o yox, hamımız ziyan görəcəyik".

Professor  A.Göyüşov müsahibəsinin başqa bir hissəsində deyib: “ Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm. Mənim görüşümə lazım olan əlavə torpaq, ərazi, yekəlmək istəklərini kənara ataraq elə indiki oturduğumuz yerlərdə ədalətli sistem quraraq ləyaqətlə yaşamağımızdır".

Turan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin də münasibətini öyrənib. Əli Kərimli daha çox  şəhidlərin sayına diqqət çəkib:"Acından ölən" düşmənlə cəmi bir neçə saatlıq döyüşdə nəyə görə bu qədər çox - 50 nəfər şəhid vermişik?

AXCP sədri hesab edir ki, bu qədər itki heç nə əldə edilmədən verilib. "Hakimiyyət susmaqla bu sualları unutdura bilməz. Başda İlham Əliyev olmaqla, hökumət bu suallara cavab, millətə izahat verməlidir".

Müsavat Partiyasının başqanı Arif Hacılı da son hadisələrin məqsədini və nəticəsini sorğulayır. "Bir gündə 50 şəhid verdik. Məqsəd nəymiş? Nəticə nədir? Biz bilmirik.

Partiya başqanı qeyd edib ki, minlərlə əsgər anası, ailəsi, övladı ağır stress keçirib, sağlamlığını, həyatının illərini itirib. "Faciə baş verib. Ölkədə matəm elan edilməlidir".

Teqlər