Sen 21, 2022 11:37 Asia/Baku
  • Azərbaycanın Fransadakı səfirliyi tələb irəli sürüb

18 sentyabrda hücuma məruz qalan Azərbaycan Respublikasının Parisdəki səfirliyi bu diplomatik mərkəzin təhlükəsizliyinin təmini və yol verilən qüsura görə ziyanların ödənilməsi tələbi ilə Fransanın səlahiyyətli orqanlarına müraciət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın Fransadakı səfirliyi özünün tviter səhifəsində bəyanatın mətnini paylaşıb.

Bəyanatda Fransanın səlahiyyətli orqanlarından 2022-ci il sentyabrın 18-də Azərbvaycan Respublikasının Parisdəki səfirliyinə qarşı hücum ilə bağlı hərtərəfli araşdırma aparılması tələb olunur.

Səfirlik bu hücuma hüquqi qiymət verilsini, hücumun vurduğu ziyanların aradan qaldırılmasını, həmçinin səfirlik qarşısında polislərin sayının artırılmasını tələb edir.

Xatırladaq ki, cari milad ili avqustun 4-də də Azərbaycan Respublikasının Londondaki səfirliyi hücuma məruz qalaraq bu ölkənin bayrağı səfirlikdən endirildi. Həmin hücumun iştirakçılarından 8 nəfərin tutulduğu bildirilsə də bir neçə gün sonra hamısının azadlığa buraxıldığı və bu işə yekun vurulduğu barədə məlumatlar yayıldı.

Teqlər