Xocavənddə anti-Azərbaycan mitinq keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i393511-xocavənddə_anti_azərbaycan_mitinq_keçirilib
Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ ərazisində əhali “müqavimət hərəkatı” çərçivəsində Xocavənd rayonunun mərkəzində - Xocavənd şəhərində aksiya təşkil ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2022 08:36 Asia/Baku
  • Xocavənddə anti-Azərbaycan mitinq keçirilib

Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ ərazisində əhali “müqavimət hərəkatı” çərçivəsində Xocavənd rayonunun mərkəzində - Xocavənd şəhərində aksiya təşkil ediblər.

“Kavkazski uzel” nəşri bu haqda “hərəkat”ın Xankəndindəki liderlərindən biri Tiqran Petrosyana  istinadla məlumat yayıb.

Məlumata görə, Xocavənddə sentyabrın 23-də təşkil olunmuş mitinqə 500-ə yaxın sakin qatılıb. Mitinqdə Azərbaycanın suverenliyi və ərazi bütövlyü əleyhinə çıxışlar səsləndirilib, qondarma rejimin dünya birliyi tərəfindən “müstəqil dövlət” kimi tanınması tələb edilib. Aksiyada eyni zamanda hazırda Xankəndində Araik Arutyunyanın başçılıq etdiyi qondarma rejimin rüşvətxorluq və korrupsiyaya son qoyması tələbləri də ifadə edilib.

Mitinqin əsas təşkilatçısı olan T.Petrosyan  bildirib ki, “rayonlarda görüşlər davam edəcək”. Onun sözlərinə görə,  gələn həftə Tərtər rayonunun  işğal altındakı  ərazilərində ermənilərin “Mardakert rayonunun icmaları” adlandırdıqları məntəqələrdə də mitinq formasında aksiyalar nəzərdə tutulub.