Okt 06, 2022 10:57 Asia/Baku

Ermənistanın “Vahid Vətən” partiyasının "lideri" Samvel Babayan Xankəndində bir qrup vətəndaşla görüşdə Azərbaycan Respublikasına meydan oxuyub. 

SəhərAzəri-nin məlumatına əsasən, Samvel Babayan deyib: “Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq. Hər şeydən əvvəl biz buna hüquqi yolla nail olmalıyıq, çünki Qarabağ qanunlara və tarixi faktlara uyğun olaraq öz "müstəqilliyini" elan etmək hüququna malikdir. Biz Sovet İttifaqından çıxdıq, referendum yolu ilə "müstəqil dövlət" elan etdik, lakin ondan sonra onun hüquqi müstəvidə həyata keçirilməsi üçün heç bir addım atmadıq. Qarabağ heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb və ola da bilməz. Biz beynəlxalq məhkəməyə müraciət etməli və müstəqillik haqqımızı müdafiə edə bilməliyik”, - deyə Babayan bildirib.

 

O, həmçinin Qarabağın iqtisadi inkişafına, eləcə də ordunun güclənməsinə toxunaraq, BMT Nizamnaməsinə əsasən, hər bir xalqın özünümüdafiə hüququ olduğunu vurğulayıb.

Babayanın fikrincə, Qarabağada "konstitusiya" dəyişikliklərinə və dövlətçilik yolunun davam etdirilməsinə ehtiyac var.

Teqlər