Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Okt 09, 2022 10:10 Asia/Baku
Azərbaycan Respublikası Müdafiə Nazirliyi özünün rəsmi internet səhifəsində bildirib ki, bu ölkə ordusunun Kəlbəcər və Laçinda yerləşən mövqeləri atəşə tutulub.
SəhərAzəri-nin məlumatına əsasən,MN bildirir ki, oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarında yerləşən mövqelərindən Azərbaycan Respublikası ordusunun Kəlbəcər və oktyabrın 9-u səhər saatlarında Laçın rayonunda yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Məlumatda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldüyü bildirilir.
Teqlər