Aərbaycan sionistlərin ayağını Xəzərə də açdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i393961-aərbaycan_sionistlərin_ayağını_xəzərə_də_açdı
Azərbaycan Respublikası və sionist İsrail rejimi Xəzərin suyunun duzsuzlaşdırılması üzrə əməkdaşlıq edəcək
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2022 08:21 Asia/Baku
  • Aərbaycan sionistlərin ayağını Xəzərə də açdı

Azərbaycan Respublikası və sionist İsrail rejimi Xəzərin suyunun duzsuzlaşdırılması üzrə əməkdaşlıq edəcək

"Azərbaycan İnvestisiya Şirkəti" ASC və qəsbkar sionist rejimin su emalı sahəsində "I.D.E. Water Assets Ltd" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Azərbaycan Respublikası iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"Memorandumla əsasən Azərbaycan və İsrail Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlıq edəcək", - nazir qeyd edib.

Nazir Azərbaycan Respublikasının xəzər suyunu şirinlətməyə olan ehtiyacının haradan qaynaqlandığını eləcə də şirinlədiləcək suyun harada və nə üçün istifadə olunacağı barədə  məlumat verməyib.

Qeyd edək ki, axar və yeraltı sular baxımından Azərbaycan Respublikası zəngin ölkələr sırasında durur ancaq su bolluğuna rəğmən bu ölkədə əhalinin sağlam içməli su ilə təmin olunmasında hələ də ciddi problemlər mövcuddur. Eyni zamanda bu ölkədə kənd təsərrüfatı da inkişaf etməmişdir və əkinə yararlı olan sulu torpaqların böyük qismində məlum səbəblər üzündən əkin fəaliyyətləri həyata keçirilmir.