Rəsmi Bakı Ermənistanın təklifini rədd etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i394168-rəsmi_bakı_ermənistanın_təklifini_rədd_etdi
Paşinyanın Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı təklifi rəsmi Bakı tərəfindən rədd edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2022 12:01 Asia/Baku
  • Rəsmi Bakı Ermənistanın təklifini rədd etdi

Paşinyanın Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı təklifi rəsmi Bakı tərəfindən rədd edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı Ermənistan hökumətinin qərar layihəsini artıq bir müddətdir açıqlandığını və hökumətin Azərbaycan tərəfindən bu təklifə müsbət cavab veriləcəyini gözlədiyini deyib.

Azərbaycan XİN isə bu təklifi rədd edib:“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”, -Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında qeyd edilib.

2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Ermənistan tərəfi üçtərəfli bəyanatın bu bəndinə istinad edərək Naxçıvanla Azərbaycanın şərqi arasında Ermənistanın nəzarətində olan yollar vasitəsi ilə kommunikasiyaların bərpa edilməsini bildirir. Rəsmi Bakı isə üçtərəfli bəyanatda öz əksini tapmış olmasa da Ermənistandan dəhliz tələb edir. Bu isə sülh müzakirələrinin uzanması və nəticəsiz qalmasına aəbəb olub.