“ATƏT-in Ermənistana missiya göndərməsi qeyri-qanunidir"
https://azeri.sahartv.ir/news/azərbaycan-i394288-atƏt_in_ermənistana_missiya_göndərməsi_qeyri_qanunidir
Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında etdiyi çıxışında ATƏT-in Ermənistana missiya göndərməsini qeyri-qanuni hesab edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2022 12:24 Asia/Baku
  • “ATƏT-in Ermənistana missiya göndərməsi qeyri-qanunidir

Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında etdiyi çıxışında ATƏT-in Ermənistana missiya göndərməsini qeyri-qanuni hesab edib.

“ATƏT-in qeyri-qanuni olaraq Ermənistana qiymətləndirmə missiyası göndərməsinin heç bir əsası yoxdur. Çünki bu məsələ nə müzakirə olunub, nə də bununla bağlı kollektiv qərar olub”,- Deputat deyib.

Onun sözlərinə görə, bu addım bəzi qüvvələrin şəxsi mənafeyinə xidmət edən haldan başqa bir şey deyil: “Bu addımın heç bir siyasi təsiri olmayacaq. ATƏT-in Minsk qrupunun bu addımı heç bir halda təşkilatın təməl prinsiplərinə uyğun deyil. Bu çox ölkələr də bu missiyanın əhəmiyyətinin olmadığını qeyd edəcəklər”,- Azay Quliyev bildirib.