İranın vitse-prezidenti Muxtar Babayevlə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i394293-İranın_vitse_prezidenti_muxtar_babayevlə_görüşüb
İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2022 13:47 Asia/Baku
  • İranın vitse-prezidenti Muxtar Babayevlə görüşüb

İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda deyilir ki,görüş zamanı Bakıda keçirilən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclasının əhəmiyyəti vurğulanıb.

Görüşdə ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.