“Eternity-2022” beynəlxalq təlimi başlayıb
Okt 24, 2022 11:53 Asia/Baku
Türkiyədə Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata görə hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.
Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.
Teqlər