İslam müqəddəslərinin təhqirinə göz yumula bilərmi? - TƏHLİL
https://azeri.sahartv.ir/news/azərbaycan-i394593-İslam_müqəddəslərinin_təhqirinə_göz_yumula_bilərmi_tƏhlİl
İrqçi İsrail rejimi ilə İlham Əliyev hökumətinin İrana qarşı birgə səylərinin nəticəsiz qaldığı bir şəraitdə Bakı hökumətinə bağlı media bu günlərdə şiələrin dini inanclarını təhqir etməyi gündəmə gətirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2022 04:59 Asia/Baku
  • İslam müqəddəslərinin təhqirinə göz yumula bilərmi? - TƏHLİL

İrqçi İsrail rejimi ilə İlham Əliyev hökumətinin İrana qarşı birgə səylərinin nəticəsiz qaldığı bir şəraitdə Bakı hökumətinə bağlı media bu günlərdə şiələrin dini inanclarını təhqir etməyi gündəmə gətirib.

SəhərAzəri-nin məlumatına əsasən, bununla əlaqədar Azərbaycan Respublikasının dindarları bu “Real TV” adlı kanalın verilişindən iyrəndiklərini bildirib, onu islami müqəddəslərini həyasızcasına təhqir etməkdə ittiham edirlər. Azərbaycan Respublikasının bir qrup dindarı və hicablı qadın “Real TV” telekanalının binası qarşısına toplaşaraq, bu telekanalın direktoru və kobud diktoru “Mirşahin Ağayevin” cəzalandırılmasını və kanaldan Azərbaycan Respublikasının müsəlman xalqından üzr istəməsini tələb edib.

İştirakçı qadınların bir neçəsi bu etiraz zamanı vurğuladılar:

“Əhli-beytin (ə) məsumluğunu və paklığını təhqir edənlərin hamısı bu dünyada öz çirkin və ləyaqətsiz əməllərinin cəzasını alıblar və bu təhqirə görə Mirşahin Ağayev də cəzasını alacaq”.

“Real TV” binasının ətrafına yüzlərlə polis qüvvəsinin yerləşdirilməsinə baxmayaraq, dindarların və hicablı qadınların piketi baş tutub.

Hazırda Mirşahinin ritorikasından aydın olur ki, o, Türkiyə mediasından nümunə götürərək şiələrin inancı və dini ziyarətgahlarına qarşı kobud fikirlər səsləndirib. Mirşahin Ağayev ilk dəfə deyil ki, Azərbaycan Respublikasının müsəlman xalqı arasında mübahisəli məsələlər qaldırır. İrqçi İsrail rejiminin Bakıdakı diplomatlarının tövsiyələri ilə Azərbaycan Respublikasının dövlət və özəl mətbuatında bəzi bölücülük yaradan məsələlərin təqdim edilməsinin bu media qrupunun gündəmində olması şəksizdir. Telekanal Qarabağ bölgəsində baş verənləri araşdıran verilişində vaxtaşırı dinimizə qarşı fitnə başlatmağa çalışıb. Təbii ki, bu fitnəkar proqram dindarların və azəri qadınlarının kəskin reaksiyası ilə üzləşir. Ona görə də piket iştirakçıları “Biz İmam Hüseynin (ə) ümmətiyik” kimi şüarlar səsləndirərək, hakimiyyətin işarəsi ilə həyata keçən təxribatlar barədə xəbərdarlıq etmişlər.

Mirşahin Ağayev Azərbaycan Respublikasının ləğv edilmiş “ANS” kanalının diktorlarından biri olub, Əliyev hökumətinə yaxşı xidməti sayəsində neft pullarından və vergidən xeyli büdcə əldə edə bilib. O uzun illərdir ki, Bakı mediası vasitəsilə Qarabağ münaqişəsini Fələstin məsələsi ilə əlaqələndirməyə çalışır. O, həmişə sual qaldırır ki, Qarabağ İslam dünyasının problemi deyilmi, İran isə yalnız Fələstin məsələsini İslam dünyasının problemi adlandırır. Bununla da ədəbsiz aparıcı Azərbaycan Respublikasının müsəlman xalqının hisslərindən istifadə edərək İranla düşmənçilik yaratmağa çalışır.

Azərbaycan Respublikasında yad cərəyanlarla bağlı medianın məsələlərindən başqa bir faktı da nəzərdən qaçırmaq olmaz ki, son iyirmi ildə Arazın şimalında şiələrin üçüncü İmamına əzadarlıq edən hər kəsə İran casusu damğası vurulur.

Xülasə olaraq demək lazımdır ki, hakimiyyət bu məsələləri gündəmə gətirməkdən region müsəlmanları arasında ixtilaflar yaratmağa nail olmaq istəyir, lakin xalq dezinformasiyalar qarşısında kifayət qədər ayıq-sayıqdır.