Bakı beynəlxalq hava limanında bir neçə avtomobil yanıb
Noy 09, 2022 11:13 Asia/Baku
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən Heydər Əliyev adına beynəlxalq hava limanında dörd avtomobil yanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Hadisə hava limanının parkinqində baş verib. Yoldan keçənlərin yanğını söndürmə cəhdləri uğursuz qalıb.
Hava yolları üzrə təhlükəsizlik idarəsinin yanğınsöndürmə təşkilatı məmurlarının iştirakı ilə yanğın söndürülüb və onun digər avtomobillərə sirayət etməsinin qarşısı alınıb.
Hadisənin səbəbi hələ bəlli deyildir.
Teqlər