Yenə aksiyaçılara qarşı polis amansızlığı
https://azeri.sahartv.ir/news/azərbaycan-i394926-yenə_aksiyaçılara_qarşı_polis_amansızlığı
Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında “toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz” əlaməti olaraq təyin edilmiş etiraz aksiyası saat 16.00 radələrində başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2022 14:27 Asia/Baku
  • Yenə aksiyaçılara qarşı polis amansızlığı

Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında “toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz” əlaməti olaraq təyin edilmiş etiraz aksiyası saat 16.00 radələrində başlayıb.

Amma polis qüvvələri aksiya iştirakçılarını hələ metronun "İçəri Şəhər" stansiyasının qarşısındakı bağda amansızlıqla saxlamağa başlayıb.

Turan xəbər agentliyi Aksiyanın başladığı anlarda verdiyi məlumatında bildirir ki,vaxtaşırı bağda "Azadlıq!", "İstefa!", "Azadlıq, ədalət, milli hökumət!" və s. şüarlar səsləndirən etirazçılar görünür.

Onlar saxlanılır və barmaqlıqlı pəncərələri olan xüsusi avtobuslara mindirilir. Amma saxlanılanlar avtobuslarda şüarlar səsləndirməyə davam edirlər.

 Turanın məlumatında o da bildirilir ki,polis amansız davranır, jurnalistlərin çəkiliş aparmasına maneə yaradır.

Onlarla insan saxlanılıb.

Aksiya Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən toplaşmaq azadlığının təmin edilməsi, quru sərhədlərin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər keçirilməsi və demokratik islahatlar aparılması tələbi ilə təşkil olunacaqdı.