Vasif Talıbovun oğurluqdan xəbəri var
https://azeri.sahartv.ir/news/azərbaycan-i395352-vasif_talıbovun_oğurluqdan_xəbəri_var
İqtisadçı ekspert bildirib ki, Naxçıvanda Vasif Talıbovdan icazəsiz nəinki 132 milyon, heç 1320 manat da mənimsəmək mümkün deyil.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 27, 2022 08:29 Asia/Baku
  • Vasif Talıbovun oğurluqdan xəbəri var

İqtisadçı ekspert bildirib ki, Naxçıvanda Vasif Talıbovdan icazəsiz nəinki 132 milyon, heç 1320 manat da mənimsəmək mümkün deyil.

Natiq Cəfərli öz fikirlərini belə izah edib: “Ölkə müstəqillik qazanandan bəri ən çox şikayət olan, iş adamlarının dərisini soyan orqan Gömrük Komitəsi olub, amma hələ də bu qurumun böyük səlahiyyətli ayrıca bir Komitə kimi qalmağında israr edirlər: “Deməli, kiçik Naxçıvanda mənimsənilən o 132 milyondan azı 20 dəfə böyük məbləğın ölkənin tamamında Gömrük yolu ilə həzm edilməsində maraqlı şəxslər var”.

Ekspertin fikrincə, Azərbaycanda gömrük işinin fəlsəfəsi kökündən səhvdir, qanunverici baza zaydır, yanaşma doğru deyil.

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, M. Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.