Noy 29, 2022 13:21 Asia/Baku
  • Əli Kərimli: Əliyev İran azəriləri ilə bağlı bəyanatında səmimi deyil

Azərbaycan Respublikasının qərbyönümlü Xalq Cəbhəsi Partiyasının rəhbəri bəyan edib ki, İlham Əliyev İran azərbaycanlılarının hüquqları ilə bağlı sözlərində səmimi deyil.

Əli Kərimli Osmanqızı İnternet Televiziyasına verdiyi müsahibədə deyib: “Əliyevin bu sözləri daha çox daxili auditoriyaya köklənib, çünki Əliyev hakimiyyəti Azərbaycan Respublikasında iqtisadi problemləri, korrupsiya məsələlərini və digər çatışmazlıqları həll etmək iqtidarında deyil və o, çox gözəl bilir ki, cəmiyyət etnik şüarlara həssasdır və onları bəyənir. Bu səbəbdən İlham Əliyev bir müddət Qarabağ və Zəngəzur şüarı ilə ictimai rəyi manipulyasiya edərək xalqı məşğul etdi və indi də problemlərə reaksiya verməmək və diqqətləri ölkədə yaşanan faciələrdən yayındırmaq üçün xalqı “Güney Azərbaycan” şüarı ilə məşğul etməyə çalışır”.

Partiya sədrinin qənaətincə, insanların sosial şəbəkələrdə göstərdiyi reaksiyalar İlham Əliyevin insanları aldada bilməyəcəyini sübut edir. “Çox adam yazır ki, siz Azərbaycan Respublikasının 10 milyon vətəndaşını pis günə salmısınız, yerdə qalan 30-40 milyon insanı da bu vəziyyətə salmaq istəyirsiniz? İnsanlar həmçinin yazır ki, öz xalqının hüququnu bu qədər tapdalayan hakimiyyət necə başqalarının hüquqlarını müdafiə etmək iddiasında ola bilər?”- deyə Əli Kərimli vurğulayıb.

AXCP sədri söhbətinin sonunda tayfa rejiminə belə bir sual ünvanlayıb: “İlham Əliyev 20 ildir ki, Azərbaycan Respublikasına rəhbərlik edir və İran azəriləri məsələsi onu narahat edirsə, bu 20 ildə bircə dəfə olsun, niyə bu məsələni gündəmə gətirməyib?”

 

Teqlər