Noy 30, 2022 14:12 Asia/Baku
  • Azərbaycan Respublikası MN-nın çağırışlarına Rusiya etina etmir

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Son günlər Rusiya Müdafiə Nazirliyi və sülhməramlı kontingentinin Azərbaycan Respublikasının yaşayış məntəqələrinin adlarını ermənilərin dedikləri kimi adlandırması rəsmi Bakının reaksiyasına səbəb olub. Ancaq bu reaksiyalar nədənsə Rusiya MN-yə yaxud sülhməramlılarına ya da Rusiya səfirliyinə deyil mətbuata açıqlanır.

Dünən gecə Azərbaycan Respublikası MN bir daha mətbuata açıqlamasında bildirib ki,

Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrinin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR.

Azərbaycan Respublikası MN mətbuata açıqlamasında eyni zamanda bu kimi halların təkrar olunmayacağına sadəcə ümidvarlığını bildirməklə kifayətlənib:

 

“Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik.”

 

MN neçənci dəfə olaraq Rusiya müdafiə nazirliyi tərəfindən yayılan xəritəyə düzəliş edilməsini istəyib: “Ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik.

Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq  AĞDƏRƏ, XOCAVƏNDDİR.”- MN-nın bəyanatında deyilir.

 

“Sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik”,- deyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətubuata açıqlamasında bildirilib.

 

Teqlər