Azərbaycanın Laçın dəhlizinə nəzarəti təmin olunurmu?
https://azeri.sahartv.ir/news/azərbaycan-i395596-azərbaycanın_laçın_dəhlizinə_nəzarəti_təmin_olunurmu
Laçında Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələrinin birgə nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 06, 2022 09:30 Asia/Baku
  • Azərbaycanın Laçın dəhlizinə nəzarəti təmin olunurmu?

Laçında Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələrinin birgə nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.

SəhərAzəri-nin məlumatına əsasən, bu sensasiyalı xəbəri sülhməramlıların komandanı general-mayor Andrey Volkov Şuşada azərbaycanlı jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Birinci postunda (Laçın) Azərbaycan tərəflə birgə "mini gömrüyün" fəaliyyət göstərməsi haqqında razılıq əldə edilib və orada yüklərin və avtomobillərin yoxlanması üçün xüsusi avadanlıq yerləşdiriləcək.

Bu arada qondarma Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq iddia edib ki, bölgəni Ermənistanla birləşdirən dəhlizdə Azərbaycan bazasının yaradılması xəbəri yalandır. 

Bəyanatda deyilir ki, Qarabağın Milli Təhlükəsizlik Xidməti Volkovla məsələ ilə bağlı müzakirə təşkil edib, sonuncu bildirib ki, dəhlizdə baza olmayacaq, ona azərbaycanlılar nəzarət etməyəcək və sülhməramlıların yerləşdiyi yerlərdə azərbaycanlı olmayacaq. Yalnız sülhməramlıların işini asanlaşdırmaq üçün texniki nəzarət cihazlarının quraşdırılması nəzərdə tutulur.