“Müqavimət Mediası” günü münasibətilə konfrans keçirildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i395598-müqavimət_mediası_günü_münasibətilə_konfrans_keçirildi
3 dekabr, “Azərbaycan Müqavimət Mediası” günü münasibətilə konfrans keçirilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 06, 2022 11:08 Asia/Baku
  • “Müqavimət Mediası” günü münasibətilə konfrans keçirildi

3 dekabr, “Azərbaycan Müqavimət Mediası” günü münasibətilə konfrans keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Müqavimət mediası gününün 3 dekabrda keçirilməsi təsadüfi deyil. Konfrans, qonaqlar Şeyx Tohid İbrahimbəyli, Şeyx Orxan Məmmədov, Şeyx Musa Əsədzadə, Şeyx Bəxtiyar Bayramov, Şeyx Əli Qumi və digərlərinin iştirakı ilə baş tutub.

Konfrans zamanı Azərbaycan müqavimət mediasının keçdiyi çətin yol, İslam İnqilabı Rəhbərinin nəzərində media müharibəsi, axirəzzamanda medianın rolu və düşmənlərin müqavimət mediasına hücumları mövzusunda müzakirələr aparılıb.

Konfrans zamanı Hüseyniyyun Azərbaycan İslam Müqavimətinin təsisçisi Şeyx Tohid İbrahimbəyli müqavimət mediasına atılan iftiralara cavab verib və mediaya maddi və mənəvi dəstək verən, həmçinin pərdə arxasında olan və digər ölkələrdə media fəaliyyəti göstərən hər kəsə təşəkkürünü bildirib.

T.İbrahimbəyli sözlərininin davamında deyib: “Bu hərəkatın təsisi zamanı müqavimət təkcə hərbi sahədə deyil, informasiya müharibəsində fəaliyyət göstərməsi barədə qərar qəbul etmişdir. Bu gün Hüseyniyyun müqavimətinə qarşı olan təxribatın və Əliyev rejiminin narahatçılığının əsas səbəbi məhz buna əsaslanıb”.

Sonra Hüseyniyyun Azərbaycan İslam Müqaviməti komandiri Şeyx Musa Əsədzadə informasiyanın zərurətinə toxunaraq, ilkin cəmiyyətlərin formalaşdığı dövrdən bugünə qədər informasiyanın hansı rola malik olmasından söz açıb və müsəlmanları təbliğat işlərində aktiv olmağa səsləyib.

Hüseyniyyun Azərbaycan Araşdırma Mərkəzinin sədri Şeyx Orxan Məmmədov isə Quran ayələrinin simasında günün hadisələrini təhlil edərək, düşmənlərin müqavimətə qarşı apardığı çirkin oyunları ictimaiyyətin nəzərinə çatdırıb.

Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatının sədri Şeyx Bəxtiyar Bayramov isə Aliməqamlı Rəhbərin media cihadına verdiyi önəm və günümüzdə bu işin əhəmiyyəti barədə çıxış edib.