Fəal Bəxtiyar Hacıyev saxlanılıb
İctimai fəal Bəxtiyar Hacıyev ona qarşı cinayət işi ilə əlaqədar saxlanılıb. O, qətimkan tədbiri seçilməsi üçün Bakının Xətai rayon məhkəməsinə aparılıb
Turan xəbər agentliyi vəkil Aqil Layıcova istinadla yaydığı bu məlumatda deyilir ki, Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur.
Hacıyev və Alovlu arasında çoxdan münaqişə var və onlar qarşılıqlı olaraq bir-birini böhtanda ittiham edirdilər.
Məhkəmə proseslərindən birində onlar arasında sözlü atışma başlayıb və davaya çevrilib. Bundan sonra Hacıyevə qarşı cinayət təhqiqatı başlayıb.
Bəxtiyar Hacıyev hakimiyyətin kəskin tənqidçisi kimi məşhurdur. O, dəfələrlə saxlanılıb və repressiyalara məruz qalıb.
Bu ilin avqustunda o, Prezident Administrasiyasına hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan vətəndaşlığından imtina etməsi haqqında ərizə yazıb.
Alovlu ilə Hacızadə arasında münaqişə onların pişiklərinin balalarını paylaşa bilmədiklərinə görə baş verən mübahisədən sonra başlayıb. Məişət mübahisəsi qarşılıqlı ittihamlara keçib və məhkəmə təhqiqatı başlayıb.
Bəxtiyar Hacıyev dəfələrlə hakimiyyətin tənqidə görə ondan qisas almaq üçün bu faktdan istifadə etdiyini bildirib.
DİN-dən Hacıyevin saxlanıldığını təsdiq ediblər.
O, qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə göndərilib, deyə nazirliyin mətbuat xidmətindən bildiriblər.