"Azərbaycan heç vaxt İranla münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb"
https://azeri.sahartv.ir/news/azərbaycan-i396146-azərbaycan_heç_vaxt_İranla_münasibətlərin_gərginləşməsinin_tərəfdarı_olmayıb
Azərbaycan Respublikasının xarici işlər naziri ölkəsinin heç vaxt İranla münasibətlərin gərginləşməsinin tərəfdarı olmadığını vurğulayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 28, 2022 15:54 Asia/Baku

Azərbaycan Respublikasının xarici işlər naziri ölkəsinin heç vaxt İranla münasibətlərin gərginləşməsinin tərəfdarı olmadığını vurğulayıb.

"Təsnim" xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran-Azərbaycan münasibətləri ilə bağlı deyib: "Bakı Tehranla əlaqələrin genişləndirilməsinin tərəfdarıdır".

"İki ölkə arasında iqtisadi razılaşmalar həyata keçirilir. Azərbaycanın xarici siyasəti əsasən qonşu dövlətlərlə dostluq, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlib. Azərbaycan heç vaxt bu münasibətlərin kəskinləşməsinin tərəfdarı olmayıb", - deyə Bayramov əlavə edib.

Geosiyasi reallıqlar və qonşuluq, dini və tarixi ortaqlıqlar, demoqrafik homogenlik və ortaq iqtisadi və təhlükəsizlik maraqları kimi bağlayıcı faktorlar ikitərəfli və regional münasibətlərdə iki qonşu ölkə olan İran və Azərbaycan Respublikası arasında ahəngdar və sıx əməkdaşlıq və koordinasiya tələb edir.