Şiə ölkəsində dini adlara üstünlük verilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i396282-Şiə_ölkəsində_dini_adlara_üstünlük_verilir
2022-ci ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub, dini adlara hələ də üstünlük verilir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 02, 2023 13:31 Asia/Baku
  • Şiə ölkəsində dini adlara üstünlük verilir

2022-ci ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub, dini adlara hələ də üstünlük verilir.

SəhərAzəri-nin məlumatına əsasən, Yerli medialar xəbər verir ki, ötən il Azərbaycanda oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.

Məlumata əsasən, oğlanlara daha çox Uğur, Əli, Hüseyn, Yusif və Məhəmməd adları verilib.

Qızlara verilən adlarda isə Zəhra, Aylin, Məryəm, Zeynəb və Fatimə üstünlük təşkil edib.