Azərbaycanda xalq hakimiyyətin inkişaf nağılına inanmır
“2022-ci il bahalaşma ili kimi yadda qalacaq”
Azərbaycanlı ekspert deyib ki, ötən il ərzində bahalaşma nəinki səngimədi, əksinə hər keçən müddətdə bir az sürətləndi.
İqtisadçı ekspert Pərviz Heydərov AYNA-ya müsahibəsində 2022-ci ilin iqtisadi yekunları və 2023-cü illə bağlı gözləntilərindən danışarkən deyib: “İl ərzində bahalaşma nəinki səngimədi, əksinə hər keçən müddətdə bir az sürətləndi. Aydın şəkildə söyləmək olar ki, 2022-ci il son illərin ən ciddi bahalaşma ili olaraq xatirələrdə qalacaq. Bahalaşma dalğası təkcə bizimlə əlaqədar deyil və daxili amillərdən qaynaqlanmır. Bu səbəbdən hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət, ümumi tendensiyadan gedir”.
Ekspertin sözlərinə görə, bahalaşma o vaxt səngiyəcək ki, proses qlobal miqyasda dayanacaq. Yoxsa, xüsusən ən zəruri istehlak mallarının - ərzağın qiymət yüksəlişi hələ davam edəcək. Odur ki, mütləq şəkildə, birinci növbədə, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, realizə imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır.
2023-cü illə bağlı gözləntilərə gəlincə o qeyd edib ki, bahalşmanın davam edəcəyini gözləyir.