Azərbaycan əsgəri özünü öldürüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i396812-azərbaycan_əsgəri_özünü_öldürüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əkram Salahov yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürüb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 25, 2023 16:15 Asia/Baku
  • Azərbaycan əsgəri özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əkram Salahov yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürüb.

Hərbi Prokurorluqun yaydığı məlumata görə fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, dedovşina keçmişinə malik olan Azərbaycan Respublikası silahlı qüvvələrində vaxtı ilə intihar halları barədə tez-tez məlumatlar yayılırdı. İctimai fəallar orduda nizamnamədənkənar davranışların qarşısının alınması üçün orduya ictimai nəzarət gücləndirilməlidir. Ancaq hakimiyyət tərəfdarları bunun ordudakı durumla bağlı cəmiyyətdə mənfi fikir formalaşacağı ehtimalına diqqət çəkərək, hərhansı ictimai nəzarətə qarşı çıxırlar.

Qyeri rəsmi məlumatlar və hərbi xidmətdə olmuş əsgərlərin ifadələrinə görə, Azərbaycan Respublikası ordusunda rüşvətxorluq, zorbalıq, komandirlərin nizamnamədən kənar davranışları kimi hallara tez-tez rast gəlmək olur bu da bəzən əsgərləri özünü öldürmə həddinə çatdırır.