Qazaxıstanın neft şirkəti BTC boru kəməri ilə neft ixracını təxirə salıb
Qazaxıstanın “KazMunayQaz” neft şirkəti "BP Azerbaijan" şirkətinin Ceyhandan neft yükləmələri ilə bağlı fors-major vəziyyət elan etməsindən sonra Tengiz neft yatağından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracının başlanmasını təxirə salıb.
SəhərAzəri-nin məlumatına görə, "KazMunayQaz” fevral ayından BTCt kəməri ilə neft ixracına başlayacağını bildirmişdi. Şirkət fevralda 120 min ton həcmində neft tədarükünü planlaşdırırdı.
Bundan əvvəl isə “KazMunayQaz” şirkətindən BTC kəməri ilə illik 1,5 milyon ton neftin daşınması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqların aparıldığı qeyd edilmişdi.
Son günlər zəlzələ nəticəsində dəyən ziyana görə Türkiyənin Ceyhan limanından Azərbaycan xam neftinin ixracı dayandırılıb.
Zəlzələdən dörd gün sonra cümə günü rəsmi və sahənin mənbələri bildirib ki, Ceyhan neft terminalında hazırda zərərin qiymətləndirilməsi və təmir işləri aparılır.
Qeyd edək ki, Qazaxıstan nefti Azərbaycanın xam malının əsas ixrac marşrutu olan BTC boru kəmərinə qarışıq şəkildə daxil olur. Marşrutun bir hissəsi dəmir yolu ilə, digər bir hissəsi isə Bakıya çatdırılmaq üçün Aktau limanında yüklənərək Xəzər dənizindən keçən kiçik tankerlərlə, sonradan boru kəmərinə doldurulur.
Qazaxıstan 2022-ci ilin yayında tədarükləri diversifikasiya etməyə çalışaraq, Rusiyadan yan keçərək neft ixracını artırmağa çalışır. Lakin buna baxmayaraq Xəzər Boru Kəməri Konsorsiumu (CPC) əsas ixrac marşrutu olaraq qalır və Rusiyanın Novorossiysk yaxınlığındakı Yujnaya Ozereyevka dəniz terminalında başa çatır və alternativ təchizatın payı azdır.
Vaxtı ilə Azərbaycan Respublikası neftinin BTC boru kəməri vasitəsi ilə ixracı üzrə bu layihənin icrasına başlayarkən onun tənqidçiləri xəbərdarlıq edirdilər ki, həm kəmər həm də onun son məqsədi olan Ceyhun limanı zəlzələ bölgəsində yerləşdiyinə görə, Azərbaycan neftinin ixracı üçün əlverişli olmayacaq. Sonralar xəzərin şərqində yerləşən neftin də bu kəmərə ötürülməsi istiqamətində səylərə başlanıldı ancaq kəmərin riskli olması, eləcə də Rusiyanın təzyiqləri, həm də Xəzər dənizinə qarşı ekoloji təhdidlərə görə, bu səylər istənilən məqsədə nail olmamışdır.