Noy 03, 2025 15:39 Asia/Baku
  • “Şəxsiyyət vəsiqəsinə hicabla şəkil çəkdirmək mümkün deyil!”

Ağ Partiyanın sədri Azərbaycan Respublikasında hicab qadağasından şikayətlənib.

Tural Abbaslı bildirib ki, Azərbaycanda hələ də qeyri rəsmi olaraq şəxsiyyət vəsiqəsinə hicabla şəkil çəkdirmək qadağası davam edir. Baxmayaraq ki, dünyanın çox ölkəsində buna qadağa yoxdur.

Araşdırmalar göstərir ki, dünyanın əksər ölkələrində hicabla fotoşəkil çəkmək normal qəbul olunur. Azərbaycanda da isə məhdudiyyət qüvvədə qalır. Bu səbəbdən Tural Abbaskının bu statusu ictimai və hüquqi bir problemi gündəmə gətirir; yəni hicabla şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirməyə qarşı qeyri-rəsmi qadağanın Azərbaycanda hələ də mövcud olması.

Əslində Azərbaycanın qanunvericiliyində hicabla şəkil çəkdirməyə açıq bir qadağa yoxdur. Amma praktikada bəzi dövlət qurumlarında “qeyri-rəsmi” məhdudiyyətlər tətbiq olunur. Bu isə o deməkdir ki, insanların inancına uyğun geyimdə rəsmi sənəd üçün şəkil çəkdirməsinə maneə var və dini etiqad azadlığı hələ də ölkədə pozulmaqdadır.

Bununla da partiya sədri qadağanın qanuni əsasının olmadığını vurğulamaqla dövlət orqanlarını tənqid edib.

O, statusda “dünyanın çox ölkəsində qadağa yoxdur” deyərək Azərbaycanın bu məsələdə qapanmış və köhnəlmiş təcrübəyə sahib olduğunu göstərmək istəyir.

Xatırladaq ki, Azərbaycanda pasport üçün fotolarda baş örtüyündən istifadəyə icazə verilmir. Lakin beynəlxalq standartlara uyğun olaraq hicabla şəkil çəkdirməyə icazə var. Bu, hicablı qadınlar üçün mühüm əhəmiyyət kəsb etsə də, aidiyyəti qurumlar məsələ ilə bağlı tədbir görmür.

Nə qədər qəribə olsa da, Daxili İşlər Nazirliyi ölkədəki bu qanunu Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə əsaslandırır.