Azərbaycan xalqı sionistlərin Bakıda meydan sulamasından qəzəblidir
Tayfa rejimi İsrail ilə əlaqələrini referenduma çıxararmı? - TƏHLİL
Azərbaycan xalqının iradəsinə zidd olaraq, tayfa rejimi İsrailin bu müsəlman ölkəsində fitnəkar fəaliyyətinə şərait yaratmaqda heç nədən çəkinmir. İşğalçı rejimin kəşfiyyat naziri Bakıdakı çıxışında İran əleyhinə sərsəm fikirlər səsləndirib.
İsrailin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclasda çıxışı zamanı deyib: “İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”
O, cəfəng iddialarının davamında qeyd edib iddia ki, regionda sabitliyin pozulmasının səbəbi İrandır və regiondakı bütün ölkələr guya İran tərəfindən təhdid altındadır.
Daxil olan məlumata əsasən, Bakı forumunda iştirak edən irqçi İsrailin kəşfiyyat naziri ilə yanaşı qondarma rejimin keçmiş baş nazirinin də Azərbaycana hakim kəsilmiş Əliyev ilə ayrıca görüşlərdə İranla bağlı fitnəkar fikirlər söylədikləri bildirilir.
Azərbaycan hakimiyyətinin işğalçı İsrail ilə olan bütün bu təmaslarının İran əleyhinə olduğu hər kəsə bəllidir.
İran İslam Respublikasının xarici işlər naziri əslində bu kimi təxribatçı təmasları nəzərə alaraq, İsrail rejiminin Qafqaz regionuna ayaq basmasını yolverilməz hesab edib.
“Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhlükə hesab edirik. İran bütün tərəflərə xəbərdarlıq edir ki, saxta İsrail rejiminin davranışlarına qarşı həssas davransınlar və İsrailin bölgəyə ayaq basmasının qarşısını alsınlar”, - deyə iranlı nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın müsəlman xalqı İsrail rejimini legitim dövlət hesab etmir və qondarma rejimlə əlaqələri inkişaf etdirməməyi hakimiyyətdən tələb edir, lakin İlham Əliyev xalqın bu haqlı tələbinə məhəl qoymur və irqçi rejimlə bazarlığını davam etdirir.
Doğrudur, tayfa rejimi Təl-Əvivdə səfirlik açmaq barədə Milli Məclisin rəyini öyrəndi, amma qeyri-azad seçkilərin məhsulu olan məclisin qərarını ciddiyə almaq lazım deyil; respublikada tam şəffaf və azad referendum keçirilərsə, heç şübhəsiz müsəlman və həm də şiə Azərbaycan xalqının mütləq əksəriyyəti işğalçı və terror dövləti ilə əlaqələrin kəsilməsinə səs verəcəkdir. Rejim buna inanmırsa, belə bir referendumun keçirilməsinə yol açsın.