İslamofob rejim islamofobiya mövzusunda tədbir keçirir
Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans keçiriləcək, konfransda müsəlman icmalarının sıxışdırılması kimi neqativ hallar əsas müzakirə mövzusu olacaq.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov Bakıda keçiriləcək tədbir barədə deyib ki, 31 fərqli ölkədən ekspert və mütəxəssislər “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılacaq.
Onun sözlərinə görə, Qərbdə baş qaldıran islamofobiya halları ilə bağlı qəbul edilən qanunlar, müsəlman icmalarının sıxışdırılması kimi neqativ hallar konfransda əsas müzakirə mövzusu olacaq.
Müsəlman icmalarının sıxışdırıldığı və aparteyd rejimi kimi tanınan sionist rejimlə birgə adı çəkilən Azərbaycan Respublikası hökumətinin “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda tədbir keçirməsi heç də birmənalı qarşılana bilməz.
Bu rejim bir tərəfdən qərb dünyasında Azərbaycan Respublikasının müsəlman olduğuna görə ona qarşı ayrı-seçkilik və ikili münasibətlərin şahididir və bunun səbəbinin islamofobiya olduğunu görür, digər tərəfdən sionist rejim və qərbin xoşuna gəlmək üçün ölkə daxilində islamofob siyasət yeridir.
"Azərbaycanın konfransa ev sahibliyi etməsi təsadüfi deyil. Əvvəla, ona görə ki, bu məsələlər Azərbaycanı da narahat edir. İkincisi, Azərbaycan İslam mədəniyyətinin bir parçasıdır ", - deyən Rəvan Həsənov bu sözlərində tam haqlı olduğu kimi,Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də tam haqlı olaraq bildirib ki, "Avropa parlamentində Azərbaycana qarşı qətnamə hazırlanır. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonrakı Zəfərimizin ardından ölkəmizə qarşı qərəzli mövqelərin şahidiyik. Bu qərəzin səbəbləri çoxdur, onlardan biri isə məhz islamofobiyadır"-Sitatın sonu.
Həqiqət budursa, bəs görəsən nə üçün Azərbaycan Respublikası hökuməti, islamofobiyanın aparıcı mərkəzi olan sionist rejimə qucaq açır və onun işğal olunmuş Fələstində həyata keçirdiyi islamofob siyasətin oxşar nümunəsini Azərbaycan Respublikası xalqına qarşı tətbiq edir?