Mart 15, 2023 17:39 Asia/Baku
  • Corc Dik erməni çıxdı

Müsəlman dünyasının düşməni olan sionist rejimin Bakıya təyin etdiyi səfiri erməni əsilli olaraq “Erməni soyqırımı”-nı tanıyır və Azərbaycan Respublikasının xususi düşmənləri cərgəsinə də daxildir.

Erməni mediası sionist israil rejiminin Bakıdakı səfiri Cork Dikin etnik erməni olduğunu bildirirlər.

Axar.az bu barədə bir araşdırma dərc edərək bu iddianın həqiqətə uyğun olduğunu üzə çıxarıb.

Araşdırma mətnində deyilir: səfirinin Vikipediya açıq ensiklopediyasındakı tərcümeyi-halında atasının nənəsinin erməni olduğu xüsusi qeyd edilib. Səfir özü bildirib ki, atasının nənəsi “Türkiyədəki faciədən” (1915-ci il hadisələri) sağ çıxanlardandır: “Atamın nənəsinin adı Antaran Hambaryan idi. O, erməni idi və faciədə sağ qalanlar arasında olub” (O, sosial şəbəkə hesablarındakı paylaşımlarında da erməni bağına xüsusi diqqət ayırır).

Atasının nənəsinin erməni olması Corc Dikin erməni qanı daşıması anlamına gəlməsə də, maraqlı məqam da var: səfirin ingiliscə tərcümeyi-halına ata-anası və baba-nənəsi haqda xüsusi qeydlər yoxdur, amma “atasının nənəsi” haqda vurğu edilib. Həmin açıq ensiklopediyada 1915-ci il hadisələri “genosid” deyə xatırladılıb.

Dikin əsas ailə üzvləri barədə yox, məhz erməni ulu nənəsi barədə məlumatı bölüşməsi xüsusi diqqət çəkir. Cənab Dik atasının nənəsinin erməni olduğuna niyə bu qədər vurğu etməlidir? Üstəlik, açıq ensiklopediyada “genosid” ifadəsini niyə indiyədək redaktə etməyib?

Axar.az-ın araşdırma materialında sonra deyilir ki, hətta ermənilər də İsrailin Azərbaycana “erməni əsilli” diplomatı səfir təyin etməsinə təəccüblənirlər.

Qeyd edək ki, sionist rejimin Bakıdakı səfiri vaxtaşırı olaraq, İrana qarşı bəyanatları ilə, Azərbaycan Respublikasının İranla sərhəd məntəqəsinə nümayişkaranə səfər etməklə daima İranla Azərbaycan Respublikası arasında çaxnaşma yaratmağa cəhd göstərir. Corc Dikin Bakıda fəaliyyətdə olduğu müddətdə Azərbaycan Respublikasının beynəlxalq və regional münasibətlərində problemləri artmışdır və bu ölkənin səhv addımları onun dünyadakı nüfuzuna ciddi xələl gətirmişdir.

 

Teqlər