Apr 25, 2023 17:04 Asia/Baku
  • Azərbaycanın son 30 ildə itirdiklərinin sayı-hesabı yoxdur

İqtisadçı alim Qubad İbadoğlu Azərbaycan xalqın üzləşdiyi problemlər barədə ciddi faktlar ortaya qoyub.

SəhərAzəri-nin məlumatına görə, İqtisadçı yazır: “İndiyədək əhalinin əksəriyyəti, xüsusilə də gənclər sosial təminatlı və təhlükəsiz yaşayışdan, rifahdan və firavan həyatdan, əlçatan və keyfiyyətli təhsildən, təməl haqlardan və azadlıqlardan məhrumdur. Azərbaycanda 15-24 yaş arasında olan hər dörd gəncdən biri nə təhsil alır, nə də işləyir. Onların bir hissəsi belə yaşayışdan bezib ölkəni tərk etməyə, ölkədə qalanlar isə ədalətsizliklərə dözməyərək, ümidsizliyə qapılmağa, pis vərdişlərə aludə olmağa məhkumdur.”

Qubad İbadoğlu qeyd edir ki, Avropanı neft və qazla təchiz edən zəngin Azərbaycandan Baltikyanı və Şərqi Avropa ölkələrinə iş vizası ilə miqrasiya edən yoxsul gənclər çətin şəraitdə yaşamaq məcburiyyətindədirlər. Azərbaycanda qalan gənclərin isə bir hissəsi tüfeyli həyat sürərək, narkotikaya aludə olur. Acı da olsa gerçəklik budur, bu duruma görə kim məsuliyyət daşıyır?

İqtisadçı alim sonra yazır: “Uşaqlara və gənclərə sahib çıxmayan ölkənin gələcəyi olmur. Nə zaman Azərbaycanda insanın inkişafı üçün önəmli olan keyfiyyətli təhsilə və səhiyyəyə, əməktutumlu, modern iqtisadiyyata malik olacagıq? Neft və qaz yataqlarının istismar olunmasına görə son 20 ildə Azərbaycana 200 milyard dollardan çox xalis gəlir daxil olub, onun 75 faizi xərclənib. Guya bu gəlirləri insan kapitalına çevirəcək Əliyevlər sülaləsinin son 30 illik hakimiyyətindən bizə qalan mirasları korrupsiya, inhisarçılıq, regionçuluq, nepotizm, işzislik, yoxsulluq, daxili və xarici mirqasiyadır. Niyə ölkəni bu günə salıb gəncləri vətəndən didərgin edirsiniz? Xalqla düşmənçiliyiniz nə qədər sürəcək? Biz xalq olaraq bu zülmlərə nə qədər dözəcəyik?”

 

Teqlər