Kılıçdaroğlu seçilsə, Bakı nələr itirəcək?
https://azeri.sahartv.ir/news/azərbaycan-i399451-kılıçdaroğlu_seçilsə_bakı_nələr_itirəcək
Türkiyədə may ayında keçiriləcək seçkilərdən sonra Bakı ya rahat nəfəs alacaq, ya da gərginliyi xeyli azaltmaq məcburiyyətində qalacaq.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Apr 27, 2023 17:21 Asia/Baku
  • Kılıçdaroğlu seçilsə, Bakı nələr itirəcək?

Türkiyədə may ayında keçiriləcək seçkilərdən sonra Bakı ya rahat nəfəs alacaq, ya da gərginliyi xeyli azaltmaq məcburiyyətində qalacaq.

SəhərAzəri-nin məlumatına görə, Bu barədə ABŞ-ın “The Cradle.co” saytında yayılan məqalədə vurğulanıb ki, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu Türkiyədə prezident seçilsə, Azərbaycan öz milli maraqlarından geri çəkilmək zorunda qalacaq.

Məqalədə qeyd olunur ki, Azərbaycan Türkiyədə qarşıdan gələn seçkiləri böyük narahatlıqla izləyir. Ərdoğanın qələbəsi Bakının sərt regional siyasətinin davamlılığı deməkdir, lakin müxalifətin qələbəsi onun son qazanclarını sarsıda bilər.

Sayt xatırladıb ki, 2021-ci ilin aprelində Türkiyə parlamentinin İnsan Haqları Komitəsi Qarabağ münaqişəsi ilə bağlı hesabat yayaraq, münaqişəyə görə yalnız Ermənistanın məsuliyyət daşıdığını qeyd edib və Ermənistanı “müharibə cinayətləri” iddiasına görə Beynəlxalq Cinayət Məhkəməsində (ICC) mühakimə etməyə çağırıb. Amma CHP və HDP kimi əsas müxalifət partiyaları parlamentin hesabatını qərəzli adlandırıb və bu hesabata qarşı çıxıb. Bu kontekstdə Kamal Kılıcdaroğlu prezident seçilsə, CHP və HDP Azərbaycanın əleyhinə daha sərt mövqe sərgiləcəyək.