Apr 29, 2023 10:56 Asia/Baku
  • İsrail ilə bazarlığın arxasında korrupsiya amili dayanır

Azərbaycana hakim kəsilmiş rejimin İsrail rejimindən baha qiymətə avadanlıqlar satın alması etirazla qarşılanıb.

SəhərAzəri-nin məlumatına görə, Azərbaycan dəniz suyunun duzssuzlaşdırılması üçün İsraildən çox baha qiymətə qurğular alacaq. Qiymət açıqlanmır.

Sionist rejimin xarici işlər naziri Eli Kohen bu barədə deyib ki, Azərbaycan həmçinin 120 milyon dollara İsraildən iki peyk də alacaq.

Neft pullarının dolayısı ilə işğalçı rejimə çatdırılmasına etirazını bildirən siyasi şərhçi Fuad Qəhrəmanı Facebook üzərindən yaydığı məqalədə yazır: “Azərbaycanın iki peyk nəyinə lazımdır? İtkin düşmüş "Azərsky" peyki 8 il idi ki, Azərbaycanın ehtiyacını görürdü, indi hansı zərurətdən iki peyk alınır, uzaq başı itmiş peykin yerinə birini alıb qoymaq olardı. Bir peyki işlədə bilməyən ölkənin iki peyk nəyinə gərəkdir? 2021-ci ildə "Azərkosmos"un gəliri 14 milyon olduğu halda, 2022-ci ildə bu 10 dəfə azalaraq 1,4 milyona düşüb. İndi bundan sonra hansı iqtisadi zərurət və rentabellik göstəricisinə əsaslanaraq iki peyk alınır? Kim bilir bəlkə "Azərsky" peyki ona görə müəmmalı şəkildə yoxa çıxdı ki, sonra 120 milyon dollara alınacaq iki peykin yolu da açılsın.”

Şor dəniz suyunun şirinləşdirilməsi üçün avadanlıqların alınmasına gəlincə şərhçi bildirir ki, ölkənin 25 milyard şirin su ehtiyatı var. İşbilməzlik və səmərəsiz idarəçilik nəticəsində bunun yalnız 11, 2 milyard kubmetrindən istifadə olunur. İstifadə olunan suyun isə 26 %-i, yəni 3,1 milyard kubmetrinin itkiyə getməsinə görə Azərbaycan Respublikası MDB ölkələri arasında 1- ci yerdədir. O qədər də təmiz olmayan dəniz suyunun duzsuzlaşdırılması üçün bahalı qurğular almaq yerinə, o vəsait ölkənin ehtiyat su mənbələrinin istifadəsinə və su itkilərinin qarşısını alamağa qoymaqla əkinləri susuzluqdan yanan kəndçilərin harayına çarə etmək mümkündür.

Məqalə bu sualla yekunlaşır: “Nə zamana qədər Azərbaycan xalqının rifahına xərclənməli olan böyük büdcə vəsaitləri "saqqal darağı" kimi boş və ehtiyac duyulmayan, arxasında korrupsiya maraqları duran layihələriə xərclənib ofşorlara sovruıacaq?”

Teqlər