Qurdlar sürüsündə boğuşma
Ulayan qurd Ulamağa çağıran qurdu heç qurd hesab etmir
İrana qarşı separatçı fəaliyyətlə məşğul olan Günaz TV-nin başçısı Əhməd Obalı və oğlunun ABŞ-da döyülməsinə Ulayan türkçü Mahmudəli Çöhrəqaninin münasibəti qurdlar sürüsündə boğuşmaları kəskinləşdirib.
ABŞ-da yaşayan Əhməd Obalının uzun müddət Azərbaycan Respublikasında şübhəli fəaliyyətlərdən sonra Amerikaya qayıdan kimi oğlu ilə birlikdə döyülməsindən sonra separatçı qruplaşmalar İranı İttiham etdilər. İranla kəskin düşmən mövqeyi ilə tanınan ABŞ-ın polisinin Obalıya hücum edənləri saxlaması və bunun üstündən bir həftə keçsə də İranın izini tapa bilməməsinə rəğmən, “qurdlar” İrana qarşı bəyanatlarını davam etdirirlər. Belə bir şəraitdə baş qurd Çöhrəqani başqa qurdlardan fərqli fikir söylədiyinə görə məsləkdaşları tərəfindən ciddi hücumlara məruz qalıb.
Özünü “GAMOH” adlandırdığı bir qurumun başçısı kimi təqdim edən Çöhrəqani “əgər terrordursa, bunu ABŞ xüsusi xidmət orqanları elan edəcək”- deyə Obalının döyülməsinin terror hadisəsi olmadığını bildirib. Çöhrəqanlıya görə bu hücum milyonlarla insanı yönətmək iddiasında olan Obalının öz restoranı ilə bağlı idarəetmədəki zəifliyi ilə bağlı olub.
Çöhrəqanlının bu açıqlaması onun qurd soydaşlarını özlərindən çıxarıb və bu da söyüş verməkdə xüsusi “bacarığı” ilə tanınan Çöhrəqanlını növbəti reaksiyaya vadar edib.
Başqurd Mahmudəli Çöhrəqanlı bir Yutub kanalına açıqlamasında birinci Bakı mediyalarını hədəfə alıb və onları əməlli başlı söyüşdürüb.
Buna qarşılıq verən qurdlar surusunun müqabil tərəfi isə Çöhrəqanini xəyanətdə ittiham edən faktları yayacaqları ilə hədələyiblər.
Baş qurd Çöhrəqani öz oğlu ilə birlikdə Obalını və onun oğlunu qurd olmamaqda ittiham edən video yayıb. Düşüncəsi İrq və soydan ötəyə keçməyən Çöhrəqani və onun oğlu, öz məsləkdaşı olan Obalı və onun oğlunu əməlli başlı təhqir ediblər.
Çöhrəqanlı hətta Obalının İsrail kəşfiyyatı ilə əlaqəli olmasından, var-dövlətinin əsasında da bunun dayanmasından bəhs edir.
Beləliklə Obalını döydürənlərin elə onun öz məsləkdaşalrından ibarət olduğu versiyası daha da güclənib. Bu öz təsdiqini taparsa qurdlar sürüsündə boğuşmaların son dərəcədə kəskinləşəcəyi gözlənilir.