Azərbaycan işsizlik üzrə MDB lideridir
https://azeri.sahartv.ir/news/azərbaycan-i400937-azərbaycan_işsizlik_üzrə_mdb_lideridir
Azərbaycan Respublikasında işsizlik son 4 ildə 5 dəfəyədək artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2023 17:17 Asia/Baku

Azərbaycan Respublikasında işsizlik son 4 ildə 5 dəfəyədək artıb.

Dövlət Məşğulluq Agentliyi Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayını açıqlayıb. Son məlumata görə, qeydiyyatdan keçən işsizlərin sayı 250 min nəfər olmuş, onların 32,5 faizini qadınlar təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatından isə aydın olur ki, ölkə üzrə ən az işsizlik Naxçıvan Muxtar Respublikasında - 408 nəfər, ən çox isşzilik isə Ağdam rayonunda- 11001 nəfərdir.

İqtisadçı ekspert bununla bağlı müqayisə apararaq qeyd edib ki, MDB Statistika Komitəsinin məlumatına görə, həmin dövrə Ermənistanda işsizlərin sayı 83,5 min nəfər, Belarusda 80,6 min nəfər, Qazaxıstanda 148,2 min nəfər, Qırğızıstanda  96,2 min nəfər,  Moldovada  105,7 min nəfər, Rusiyada  76,45 min nəfər, Tacikistanda  88,7 min nəfər olub.

Bildirilir ki, son 4 ildə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayını 4,96 dəfə artıb. Bu göstərici əslində Azərbaycanda məşğulluq strategiyasının iflas etdiyini təsdiq edir.

Yeri gəlmişkən bu ilin yanvar-may aylarında Azərbaycanda ÜDM cəmisi 0,7 faiz artıb, sənaye istehsalı isə 1,9 faiz aşağı düşüb.