Natiq Cəfərli: Vətəndaşı bu qədər aşağılamağın acı nəticələri olacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i401061-natiq_cəfərli_vətəndaşı_bu_qədər_aşağılamağın_acı_nəticələri_olacaq
Azərbaycanlı ekspert karantin rejiminin uzadılmasına etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2023 06:03 Asia/Baku
  • Natiq Cəfərli: Vətəndaşı bu qədər aşağılamağın acı nəticələri olacaq

Azərbaycanlı ekspert karantin rejiminin uzadılmasına etiraz edib.

İqtisadçı Natiq Cəfərli ölkədə xüsusi karantin rejiminin müddətinin daha 3 ay uzadılmasına münasibət bildirərkən deyib: “Dünyada karantin ləğv edilib, bizim məmurlar isə virusu bəhanə edib ölkəni nüfuzdan salırlar. Əgər virus bəhanədirsə, əsas məsələ təhlükəsizlikdirsə, bu lap böyük rüsvayçılıqdır – belə çıxır ki, Azərbaycan Dövləti öz təhlükəsizlik konsepsiyasını quru sərhədlərin bağlı olması üzərinə inşa edib”.

Ekspert əlavə edib ki, vətəndaşı bu qədər aşağılamaq olmaz!

Xatırladaq ki, dünən iyunun 23-də baş nazir Əli Əsədovun müvafiq qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.