İrəvandan üzücü xəbər:
Azərbaycanlı əsirə 20 il həbs cəzası verildi!
İyun 22, 2023 08:40 Asia/Baku
Ermənistanda saxlanılan azərbaycanlı əsirə 20 il həbs cəzası verilib.
İyunun 21-də Ermənistanın Sünik Vilayətinin Məhkəməsi Azərbaycan əsgəri Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə hökmündə Hüseyn Axundov aprelin 12-də mis-molibden zavodunun gözətçisi Ayrapet Meliksetyanı qətlə yetirməkdə ittiham olunub.
Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi (MN) Naxçıvan-Ermənistan sərhədində iki əsgərin itkin düşdüyü haqqında məlumat yayıb.
Nazirlik əsgərlərin məhdud görmə səbəbindən azaraq Ermənistan tərəfə keçdiyini açıqlamışdı.
Bəzi ekspertlər bu son qərarı Bakıda saxlanılan erməni hərbi əsirlərinin qaytarılması üçün bir təzyiq vasitəsi hesab edirlər.