Azərbaycan kəndində qeyri-rəsmi komendant saatı
Söyüdlüyə giriş-çıxışın bağlandığı bildirilir
İyun 22, 2023 06:42 Asia/Baku
Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər.
Onlar səbəb kimi iyunun 20-21-də etdikləri etiraz aksiyasını görürlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Sakinlər bildirirlər ki, hazırda kəndlərinin giriş-çıxış yollarına polislər nəzarət edir.
Kəndə, sadəcə, şəxsiyyət vəsiqəsi ilə girmək mümkündür. Qeydiyyatı olmayanı isə kəndə buraxmırlar.