Söyüdlüdə gecikmiş monitorinqlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i401102-söyüdlüdə_gecikmiş_monitorinqlər
Qədəbəy Rayonu Söyüdlü kənd ərazisində istifadəyə verilmiş mədənin ekologiyaya və əhalinin məişətinə ziyanlı fəaliyyətinə qarşı etirazlardan sonra hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlərin qiymətləndirildiyi deyilir.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 25, 2023 12:29 Asia/Baku
  • Söyüdlüdə gecikmiş monitorinqlər

Qədəbəy Rayonu Söyüdlü kənd ərazisində istifadəyə verilmiş mədənin ekologiyaya və əhalinin məişətinə ziyanlı fəaliyyətinə qarşı etirazlardan sonra hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlərin qiymətləndirildiyi deyilir.

Məlumatda deyilir: “Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.”

Komissiyadan verilən xəbərə görə, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir. Pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Bəzi sosial şəbəkə istifadəçiləri bildirirlər ki, görülən işlər ilə bağlı verilən məlumat hələ doğru olarsa belə, çox gecikmiş monitorinqlər hesab olunmalıdır. Ona görə ki,hər hansı mədən yaxud sənaye obyektinin layihəsinin hazırlanması və istifadəyə verilmədən öncə bu yoxlamaların böyük hissəsi həyata keçirilməlidir və istifadəyə verildikdən sonra da onun proqnozlardan fərqli effektləri yenidən araşdırılmalıdır.

Soyudlu kəndində fəaliyyət göstərən mədən ilə bağlı isə bu prinsiplər həyata keçirilməyib və sadəcə əhalinin etirazlarının gündəmə gəlməsindən sonra yada düşüb.

Əhalinin mədənin fəaliyyət göstərdiyi müddətdə dinc yollarla bildirdiyi etirazlara isə heç vaxt baxılmayıb və sadəcə sakinlər boğaza yığıldıqdan və etiraz aksiyasına təşəbbüs göstərdikdən sonra məsələyə formal da olsa diqqət ayrılıb.  Əhalinin haqlı etirazı isə polis qəddarlığına məruz qalıb və polisin yaşlı kən sakinlərinə qarşı gözyaşardıcı qazdan istifadəsi cəmiyyətdə ciddi tənqidlərə səbəb olub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi komissiya bildirir ki,Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.